"Son illər "Proyssen" mövsümün sonunda əla formada olur. "Braunşveyq"lə oyunda da topla əla rəftar etdik, vəziyyəti uzun müddət nəzarətdə saxladıq ". Matc.az saytı xəbər verir ki, bunu "Proyssen"in baş məşqçisi Marko Antverpen deyib.

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu komanda III Bundesliqanın XXXV turunda "Braunşveyq"lə səfər görüşündə 2:0 hesabı ilə önə keçməsinə baxmayaraq, sonda 1 xalla kifayətlənməli olub - 3:3.

Qarşılaşmanı 90 dəqiqə meydanda keçirən Dadaşov Almaniya mətbuatına açıqlamasında hələ də özlərinə gələ bilmədiklərini söyləyib: "Hər şey öz əlimizdə idi. Oyuna yaxşı başlamış, ardıcıl qollar vurmuşduq. Ancaq sona yaxın nəzarəti əldən verdik. Əlavə olunmuş dəqiqələrdə buraxılan top isə "soyuq duş" oldu. Bir xala sevinə bilmərəm. Bizim üçün məğlubiyyətə bərabər heç-heçə oldu".

Qeyd edək ki, III Bundesliqada sona 3 tur qalmış "Proyssen" 49 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest