Mövsümün sonunda heyətində ciddi dəyişikliklər etməyi planlaşdıran "Mançester Yunayted" bir neçə aparıcı oyunçusu ilə yollarını ayıracaq. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, komandadan gedişi gözlənilən oyunçulardan biri də David De Xeadı.

"Qırmızı şeytanlar" PSJ-nin maraq dairəsində olan İspaniya millisinin qapıçısını baha qiymətə satmağa razıdı. Onun mövqeyinə alınacaq qolkiper də artıq seçilib. Bu, "Atletiko"lu Yan Oblakdı. İngiltərə təmsilçisi yayda Oblakın transferi müqabilində madridlilərə 120 milyon avro təklif edəcək. Qolkiperin sərbəst qalma məbləği 120 milyon avro olduğundan, bu məsələdə son qərarı Oblak özü verəcək.

Qeyd edək ki, Həm De Xea, həm də Oblak hazırda dünyanın ən güclü 3 qapıçısı arasında göstərilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest