"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını İtaliyada davam etdirə bilər. Matc.az saytının "Sun" nəşrinə istinadən məlumatına görə, "İnter" 29 yaşlı orta sahə oyunçusunun xidmətində maraqlıdı.

Baş məşqçi Pep Qvardiola ilə yola getməyən Türkiyə əsilli futbolçunun yayda klubu tərk edəcəyi, demək olar ki, dəqiqdi. çünki Qvardiola özü də məlumatı təkzib etməmişdi. "İnter" rəhbərliyi isə fürsətdən istifadə edib Almaniya millisinin üzvünün meneceri ilə görüşüb. "Neradzurra" onunla yanaşı, MS-nin müdafiəçisi Danilonu da heyətinə qatmağı planlaşdırır. Milanlılar iki oyunçunun keçidi üçün qarşı tərəfə 50 milyon funt-sterlinq təklif edəcək.

Qeyd edək ki, İlkay Gündoğanın "Mançester Siti" ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest