PSJ-nin hücumçusu Neymar komandasını dəyişməkdə qərarlıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bir neçə dəfə "Barselona"ya qayıtmaq cəhdi uğursuz olan braziliya millisinin üzvü indi də "Real"a mesaj göndərib.

Belə ki, 27 yaşlı "sambaçı" həmyerlisi Marseloya "kral klubu"na keçmək istəyində olduğunu çatdırıb. Paris təmsilçisi də indiyə qədər ulduz futbolçunun komandada qalacağı barədə bəyanat yaymayıb.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə 222 milyon avro müqabilində "Barselona"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest