16 yaşadək qızlardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışına yığışacaq. Matc.az saytı xəbər verir ki, sabah bir araya gələcək komanda mayın 5-dək Bakıda hazırlaşacaq.

Millimiz ayın 6-dan 11-dək isə Belarusun paytaxtı Minskdə keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək. Məşqçilər korpusu hazırlıq prosesinə 20 futbolçu dəvət edib.

U-16-nın heyəti: İlahə Əkbərova, Milana Rəhimova, Lamiə Əlizadə, Rübabə Atakişizadə, Pərvin Səfərəliyeva, Fatimə Əhmədli (hamısı 8-İOEUGİM), Nərgiz Əliyeva, Züleyxa Zamanlı, Jasmin Abdullayeva (hamısı "Keşlə"), Samirə Aşırova, Aysun Muradova, Nübar Eminova, Nigar Bayramova (hamısı "Qubek"), Alina Nəhmədova, Leyla Ağayeva (hər ikisi "Fidan"), Nahidə Məmmədova ("Gənclik"), Ləman Mustafazadə ("İmişli"), Nisrine Zerioul ("Boxum 1848", Almaniya), İrəm Bir, Səmanur Arzık (hər ikisi ALG Spor, Türkiyə).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest