"Fiziki cəhətdən çox yaxşı durumdayıq, eyni zamanda həvəsli və yenilənmiş vəziyyətdəyik". Matc.az saytının məlumatına görə, bunu "Ayaks"ın baş məşqçisi Erik ten Haq deyib.

Hollandiya təmsilçisi çempionlar Liqasının yarımfinal mərhələsində ilk oyununu bu gün "Tottenhem"ə qarşı keçirəcək.

Qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında fikirlərini bildirən ten Haq hədəflərinin finala yüksəlmək olduğunu vurğulayıb: "Bilirəm ki, komandam ən optimal oyununu nümayiş etdirməyə hazırdı. Qarşıda az oyunumuz qalıb. Fikrimcə, yaxşı şanslarımız olacaq. Rəqibə hörmətlə yanaşmalıyıq. Bunu isə hər dəfə edirik. Avropa arenasındakı matçlar sayəsində gənc oyunçularımız son bir ildə çox güclənib. Komandamızdakı birlik məni sevindirir. Bu istiqamətdəki hərəkətimizi davam etdirməliyik. Hamı bizim yarımfinala qədər irəliləməyimizdən bəhs edir. Mövsümün əvvəlində heç kim bunu təxmin edə bilməzdi. Biz artıq uğur qazanmışıq. Lakin daha artığını istəyirik".

Qeyd edək ki, "Tottenhem" - "Ayaks" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest