Kiyev "Dinamo"sunun sabiq futbolçusu İsmael Banqura həbs olunub. Matç.az saytı xəbər verir ki, fırıldaqçılıqda ittiham olunan Qvineya millisinin sabiq üzvü 6 ay azadlıqdan məhrum edilib.

Buna səbəb Banquranın yaşadığı Fransada işsizlik vəsaiti almasıdı. "Nant"la müqaviləsi başa çatdıqdan sonra işsiz kimi qeydiyyata düşən İsmael həftədə 6 min avro vəsait alıb.

Sonradan futbolçu Səudiyyə Ərəbistanının "Əı-Riyad" klubuna keçsə də, vəsaitlər 2016-2018-ci illərdə onun hesabına köçürülüb. Banquranın vəkili onun yarımadada könüllü və pulsuz oynadığını iddia etsə də, məhkəmə qərarını dəyişməyib. 131 min 487 avro cərimə də olunan futbolçunun Fransadakı evinə də həbs qərarı qoyulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest