Bu gün futzal üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunları keçiriləcək. Baş tutacaq 4 görüşdən sonra yarımfinalçılar bəlli olacaq. Cari mövsüm xal itirməyən "Obolon" Yüksək Liqa təmsilçisi "Neftçi" önünə çıxacaq.

Bu gün futzal üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Matc.az saytı xəbər verir ki, baş tutan 4 görüşdən sonra yarımfinalçılar bəlli olub.

Cari mövsüm xal itirməyən "Obolon" Yüksək Liqa təmsilçisi "Neftçi"yə uduzub.

Mərhələnin ən maraqlı oyunu əzəli rəqiblərin dueli olub. "Araz" – EKOL qarşılaşmasında ikincilər qələbə qazanıb.

"Təbriz" iddialı rəqibi "Xəzər Cənub" qarşısında duruş gətirə bilməyib.

Aşkar favoritsiz oyunlardan birində isə "Baku Fire" ilə "Advokat" münasibətlərinə aydınlıq gətirib.

 

Azərbaycan kuboku

1/4 final

30 aprel

 

"Baku Fire" – "Advokat" - 2:5

Qollar: Sərxan Vəliyev, 21:21, Rəvan Abdullayev, 36:46 - Elvin Şirinli, 02:31, Ramil Həsənov, 11:57, Ceyhun Əhmədov, 17:03, Seymur Davıdov, 32:51, Ramil Həsənov, 35:08

Hakimlər: Hikmət Qafarlı, Ramiz Məhərrəmov, İsgəndər Əliyev

 

"Xəzər Cənub" – "Təbriz" - 5:1

Qollar: Hadi Rezvan, 03:29, 31:50, Behzad Şebli, 10:58, 36:20, 37:48 - İlqar Qazıyev, 16:29

Hakimlər: Rahin Heybətov, Kənan Məlikov, Vüsal Balaşov

 

"Araz" – EKOL - 4:5

Qollar: Nihad İsmayılov, 20:53, 37:31, Xətai Bağırov, 31:13 - Faiq Əliyev, 21:57, 28:16, Namiq Məmmədkərimov, 22:38, Ramiz çovdarov, 34:55, 39:16

Hakimlər: Anar Fərəcov, Azər Əsgərov, Elvin Ağayev

 

"Neftçi" – "Obolon" - 5:4

Qollar: Rüfət Balakişiyev, 02:49, 17:15, 20:18 (pen.); Vahid Şəfaye, 22:07; Tural İsmayılov, 34:32 - Cəfər Cəfərov, 13:57; Emil Abbasov, 16:47; Zakir Kərimov, 20:37 (pen.); Eyvaz Tağıyev, 33:59

Hakimlər: Ramil Namazov, Mehman Mahmudov, Rahin Heybətov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest