İspaniya La Liqasının XXXIV turunda "Rayo Valyekano" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandıran "Real"ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Qaret Beyl barədə maraqlı fikir səsləndirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı mütəxəssis Uels yığmasının üzvünün yayda komandadan ayrılacağına işarə vurub.

O, 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra komanda ilə deyil, şəxsi avtomobili ilə stadionu tərk edən Beylin gələcəyi ilə bağlı konkret fikir bildirməyib: "Beylin Madridi düşünüb-düşünmədiyi ilə bağlı bir fikrim yoxdu. Onun gələn mövsüm komandada qalıb-qalmayacağını bilmirəm. Bunu özündən soruşmalısınız".

Qeyd edək ki, Qaret Beylin "Real"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest