ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə beynəlxalq "Böyük Dəbilqə" turniri və digər nüfuzlu yarışlara hazırlıqlarını davam etdirən milli komandamızın üzvləri Yaponiyada təlim-məşq toplantısını başa vurublar. Matc.az-ın Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Tokioda 3 həftə davam edən məşqlərdə millimizin aparıcı cüdoçuları iştirak ediblər.

Onlar hər gün 2 dəfə məşq edərək baş məşqçi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədovun tapşırıqlarını yerinə yetiriblər. Təlim-məşq toplantısına idmançılarımızla yanaşı, yaponiyalı cüdoçular da qatılıb.

Qeyd edək ki, Bakıda təşkil olunacaq beynəlxalq "Böyük Dəbilqə" turniri mayın 10-da start götürəcək. 3 gün ərzində olacaq mötəbər yarış Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest