Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab görüşləri üçün təyinatlar müəyyənləşib. "Qarabağ"la "Qəbələ" arasında keçiriləcək görüşdə İnqilab Məmmədov fit çalacaq. "Zirə" - "Sumqayıt" matçı isə Əliyar Ağayevə həvalə edilib.

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab görüşləri üçün təyinatlar müəyyənləşib. Matc.az saytı xəbər verir ki, PFL rəsmi saytı vasitəsilə qarşılaşmaları idarə edəcək hakimləri açıqlayıb.

"Qarabağ"la "Qəbələ" arasında Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşdə İnqilab Məmmədov fit çalacaq. "Zirə" – "Sumqayıt" matçı isə Əliyar Ağayevə həvalə edilib.

Qeyd edək ki, "Qarabağ"la ilk oyunda "Qəbələ" 1:0 hesablı qələbə qazanıbsa, digər qarşılaşmada qolsuz bərabərlik qeydə alınıb.

 

Azərbaycan kubok

Yarımfinal, cavab oyunları

1 may (çərşənbə)

17:00. "Qarabağ" – "Qəbələ"

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Ələddin Ələkbərov

Tofiq Bəhramov adına Respublika Stadionu

 

20:00. "Zirə" – "Sumqayıt"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Zirə İdman Kompleksinin stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest