İspaniya La Liqasının XXXV turunda "Rayo Valyekano"ya məğlub olan (0:1) "Real" uğursuz çıxışını davam etdirir. Matc.az saytının məlumatına görə, bu, "kral klubu"nun cari mövsüm daxili birincilikdə 10-cu yenilgisi olub.

Zinəddin Zidanın çalışdırdığı komanda 2008-09 mövsümündən bəri ilk dəfə çempionatda 10 dəfə məğlub olub. Madridlilər cari mövsümdə ümumilikdə 16 dəfə meydanı başıaşağı tərk ediblər. Komanda 10 il əvvəlki mövsümdə də eyni göstəriciyə imza atmışdı. Bu, klub tarixinin 4-cü ən uğursuz nəticəsidi. "Real" 1984-85 mövsümündə 19 məğlubiyyətlə antirekord gerçəkləşdirib. Azarkeşlər 1995-96-da 18, 1998-99-da 17, 2001-02, 2008-09 və cari mövsümdə isə 16 yenilgiyə şahidlik edib. Komanda La Liqanın son 3 turunda da yenilərsə, antirekordu təkrarlayacaq.

Qeyd edək ki, "Real" dünən uduzmasına baxmayaraq, 3-cü yerin sahibi kimi, növbəti mövsüm üçün çempionlar Liqasına vəsiqəni rəsmiləşdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest