Yuri Qura “Zirə”ni yaxşı təhlil etdiklərini bildirib.

"Şerif"in baş məşqçisi Yuri Qura "Zirə"yə qarşı baş tutacaq UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransı keçirib. Matc.az xəbər verir ki, o, “Zirə”ni yaxşı təhlil etdiklərini bildirib.

"Zirə" az qol buraxan, həm də az qol vuran komandadı. Cinahlarda yaxşı işləyirlər, əks-hücumda sürətli hücumçuları var. Bu görüşə ilk növbədə psixoloji cəhətdən hazır olmaq lazımdı. Əlimizdən gələni edəcəyik. Bu, baş məşqçi kimi ilk avrokubok oyunumdu. “Zirə” ilə matçda müsbət nəticəyə ümid edirəm. Həyəcanlı olsam da, istəyim daha çoxdu”, - deyə Y.Qura vurğulayıb.

O, Ukraynada çıxış etmiş "Zirə"nin futbolçuları Eldar Quliyev və Rüstəm Əhmədzadə ilə arasında matçla bağlı heç bir dialoq olmadığını əlavə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest