Qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Matc.az xəbər verir ki, “Sabah” komandasının oyunçusu Xanım Əsədova yığmaya qoşulub.

Bu barədə məlumat AFFA tərəfindən yayılıb.

Millimiz Avropa çempionatının seçmə mərhələsinin son iki turu çərçivəsində iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, iyulun 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest