Fransa millisinin futbolçusu Randal Kolo-Muani AVRO-2024-ün yarımfinal mərhələsində qol vurmaqla tarixə düşüb. Matc.az xəbər verir ki, 25 yaşlı oyunçu İspaniya ilə qarşılaşmanın 8-ci dəqiqəsində hesabı açıb.

O, bununla Fransa yığması tarixində Avropa çempionatlarının pley-offunda ən sürətli qolun müəllifi olub.

Kolo-Muani DÇ-2022-nin də yarımfinalında Mərakeşin (2:0) qapısına yol tapmışdı. Yarımmüdafiəçi dünya və Avropa çempionatlarının yarımfinalında qol vuran 3-cü fransız futbolçudu. Daha əvvəl Mişel Platini (DÇ-1982, AVRO-1984) və Zinəddin Zidan (AVRO-2000, DÇ-2006) bunu reallaşdırıb.

Qeyd edək ki, İspaniyaya 1:2 hesabı ilə məğlub olan Fransa yığması mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest