Qəbələdə təlim-məşq toplanışında olan Premyer Liqa klubları yoxlama görüşündə qüvvələrini sınayıblar. Qərb təmsilçiləri “Kəpəz”lə “Turan Tovuz” üz-üzə gəliblər.

Qəbələdə təlim-məşq toplanışında olan Premyer Liqa klubları yoxlama görüşündə qüvvələrini sınayıblar. Matc.az xəbər verir ki, qərb təmsilçiləri “Kəpəz”lə “Turan Tovuz” üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda təşkil edilən qarşılaşmada “Kəpəz” ilk sınaq görüşünə, “Turan Tovuz” isə ikinci oyununu keçirib.

Kurban Berdiyevin yetirmələri Oto Conun dublu, Aleks Souza və Sadiq Şəfiyevin qolları ilə rəqibini 4:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, “Turan Tovuz” ilk yoxlama matçında “Şəmkir”in qapısından 13 cavabsız top keçirmişdi.

Yoxlama görüşü
10 iyul

“Kəpəz” – “Turan Tovuz” - 0:4
Qəbələ şəhər stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest