“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsində Moldova klubu “Şerif”ə qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsi açıqlanıb. Baş məşqçi Rəşad Sadıqovun siyahısında 22 futbolçu var.

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsində Moldova klubu “Şerif”ə qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsi açıqlanıb. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Rəşad Sadıqovun siyahısında 22 futbolçu var.

Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 9-u yarımmüdafiəçi, 3-ü isə hücumçu kimi qeydiyyatdan keçib.

“Zirə” ilə “Şerif” arasında ilk oyun iyulun 11-də “Şerif” İdman Kompleksində, cavab görüşü isə bir həftə sonra “Liv Bona Dea Arena”da keçiriləcək.

Qapıçılar: 41. Anar Nəzirov, 97. Tyaqo Silva, 99. Səlim Həşimov;

Müdafiəçilər: 3. Mutsinzi Ange, 4. Ruan Renato, 5. Stefan Aka, 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 32. Qismət Alıyev;

Yarımmüdafiəçilər: 6. Eldar Quliyev, 8. İsmayıl İbrahimli, 15. Pyer Zebli, 18. Martins Junior, 19. Salifu Suma, 21. Hacıağa Hacılı, 28. Abbas İbrahim, 29. Ceyhun Nuriyev, 70. İssa Cibrilla;

Hücumçular: 11. Rüstəm Əhmədzadə, 23. Rafael Utziq, 90. Davit Volkov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest