İspaniyanın “Atletiko” klubu futbolçusu Karlos Martinlə müqavilə müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Madrid klubun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, paytaxt təmsilçisi Martinlə 5 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında İspaniyanın “Mirandes” klubunun heyətində keçirən hücumçu “Atletiko” futbol akademiyasının yetirməsidir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest