“Neftçi”də yeni təyinat reallaşıb. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tanınmış idman jurnalisti Rüstəm Əfsərli “ağ-qaralar”a təyin olunub.

O, paytaxt klubunda Media üzrə koordinator vəzifəsini icarə edəcək. Bununla o, yenidən “Neftçi”yə qayıdıb. Əfsərli vaxtilə bu klubun mətbuat xidməti kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Rüstəm Əfsərli 2005-ci ildən idman mətbuatındadı. O, 2015-ci ildən bəri “CBC Sport” kanalında çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest