Simone İnzaqi yaxın vaxtlarda baş məşqçisi olduğu “İnter”lə müqavilə müddətini yeniləyəcək. Matc.az xəbər verir ki, tərəflər bununla bağlı razılığa gəlib.

İnzaqi A Seriyasının çempionu etdiyi kollektivlə 2026-cı ilin yayına qədər qüvvədə olan sözləşmə imzalayacaq. “Neradzurra”nın çalışdırıcısının məvacibi 6,5 milyon avro olacaq və əlavə bonuslar da nəzərdə tutulacaq. İnzaqi “Napoli”də mövsümdə 6 milyon avro qazanacaq Antonio Konteni qabaqlayaraq, A Seriyasında ən çox maaş alan məşqçi ünvanına yiyələnəcək.

Qeyd edək ki, Simone İnzaqi 2021-ci ildən Milan komandasını çalışdırır. Onun rəhbərliyi altında komanda İtaliya çempionu olub, 2 dəfə ölkə kubokunu, 3 dəfə Superkubokunu qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest