Almaniya II Bundesliqasında XXXI turun oyunları davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" də növbəti görüşünü keçirib.

Aue təmsilçisi "Bohum"u qəbul edib. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Nazarov 75-ci dəqiqədə oyuna daxil olub. O, son dəqiqələrdə penalti zərbəsini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.

Qeyd edək ki, 31 oyundan sonra aktivində 36 xal olan "Erzgebirge" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest