Türkiyə PTT I Liqasında IX tura start verilib. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Ufuk Budak növbəti oyununa çıxıb.

Onun şərəfini qoruduğu "Boluspor" bu tur "Balıkesirspor"la səfərdə üz-üzə gəlib. Quido Koçerin 84-cü dəqiqədə vurduğu yeganə qol bolululara 3 xal qazandırıb – 1:0. Meydana start heyətində daxil olan Ufuk sona qədər mübarizə aparıb.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 23-ə çatdıran "Boluspor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest