Qazaxıstan Premyer Liqasında VIII tura start verilib. Matc.az saytının məlumatına görə, mərkəzi oyunda "Astana" Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol"u qəbul edib.

İlk 6 oyunda məğlubiyyət üzü görməyən "Tobol" səfər matçına qolla başlasa da, üstünlüyünü qoruya bilməyib. 59 və 90+3-cü dəqiqədə yığmamızın qolkiperini məyus edən "Astana" əzmkar qələbə sayəsində liderliyini möhkəmlədib.

"Tobol" 7 oyunda 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşırsa, "Astana" 8 matçda 22 xal toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest