Türkiyə I liqasında XXXI tura start verilib. Matc.az saytının məlumatına görə, Azərbaycanın gənclər millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi "Giresunspor" səfər oyununa çıxıb.

Giresun təmsilçisi yuxarı pillələrdə qərarlaşan "Qazişəhər Qaziantep"in qonağı olub. Qonaqlar Volkan Okumakın dublu sayəsində önə keçsə də, 2 top fərqli üstünlüyünü qoruya bilməyib. Nəticədə qazianteplilər hesabı 2:2-yə çatdırmağa müvəffəq olub. Beləliklə, komandalar hərəyə 1 xal əldə ediblər.

Start heyətində meydana daxil olan Kökçü 71 dəqiqə mübarizə aparıb. O, komandası 2:1 hesabı ilə öndə olarkən əvəzlənib. Bu bərabərliklə xal ehtiyatını 30-a çatdıran "Giresunspor" 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest