Növbəti mövsümdən Fransa Liqa1-də çıxış edəcək ilk klub müəyyənləşib. Matc.az saytının məlumatına görə, Liqa 2-nin lideri "Mets" gələn mövsüm elitada mübarizə aparacaq.

XXXV turda "Red Star" üzərində səfər qələbəsi qazanan komanda xallarının sayını 75-ə çatdırıb. "Mets" sona 3 tur qalmış ilk iki pilləni təmin edib və Liqa1-ə vəsiqə qazanıb.

Qeyd edək ki, "Mets" ötən mövsüm yüksək liqada sonuncu yeri tutaraq ikinci dəstəyə yuvarlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest