Türkiyə Superliqasında növbəti baş məşqçi istefası reallaşıb. Matc.az saytının məlumatına görə, "Malatyaspor" Erol Bulutla yolları ayırıb.
Bu barədə klubdan rəsmi açıqlama yayılıb. Bildirilib ki, Türkiyə kubokunun yarımfinalında "Qalatasaray"a 2:5 hesablı məğlubiyyətdən sonra bu qərar verilib.
Qeyd edək ki, "Malatyaspor" ölkə birinciliyində 38 xalla 8-ci pillədə qərarlaşıb.