Bakıda keçiriləcək Avropa Liqasının final matçının büdcəsi təxminən 7 milyon dollardı. Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. O bildirib ki, bu məbləğ hazırlıq üçün kifayət edəcək".

Bakıda keçiriləcək Avropa Liqasının final matçının büdcəsi təxminən 7 milyon dollardı. Matc.az "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

O bildirib ki, bu məbləğ hazırlıq üçün kifayət edəcək: "Avropa Liqasının finalına hazırlıq işləri üçün təxminən 7 milyon dollarlıq büdcəmiz var. Əminəm ki, bu məbləğ yetərli olacaq".

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest