"Real"ın cari mövsümdəki uğursuz çıxışı klub azarkeşlərini qəzəbləndirib. Matc.az saytının AS nəşrinə istinadən məlumatına görə, madridli fanatlar bütün günahı prezident Florentino Peresdə görür.

Azarkeşlər klub rəhbərinə olan narazılıqlarını növbəti dəfə La Liqanın XXXIV turunda "Xetafe" ilə qarşılaşmada (0:0) göstəriblər. Onlar "Florentino, indi çıx get" yazılı böyük plakat açaraq, Peresi istefaya səsləyiblər. Fanatlar "Selta" və "Leqanes"lə qarşılaşmada da bənzər şəkildə etirazlarını bildirmişdilər.

Qeyd edək ki, çempionlar Liqasında və İspaniya Kral Kubokunda mübarizəni dayandıran "Real" La Liqada 3-cü pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest