"Real"ın futbolçusu Marko Asensionun İngiltərədə çıxış etmək variantı olub. Matc.az xəbər verir ki, bu barədə ESPN-ə açıqlamasında ulduz futbolçunun meneceri Orasio Qaqqioli məlumat verib.

O bildirib ki, ötən ilin yayında Premyer Liqanın bir neçə komandası Asensio üçün "Real"ın qapısını döyüb. Hətta klublardan biri bu keçid üçün 180 milyon avro təklif edib. Lakin "kral klubu" həmin təklifi geri çevirib.

Qeyd edək ki, Marko Asensio 2014-cü ildən "Real"a məxsusdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest