Bu gün Topaz Premyer Liqasında VIII tura yekun vurulub. Matç.az saytı xəbər verir ki, turun ikinci günündə iki qarşılaşma keçirilib.

Hər iki oyunun taleyini 1 qol həll edib. öncə eyni xala malik komandaların duelində "Sumqayıt"la "Sabah" üz-üzə gəlib.

Matçın əvvəlində say üstünlüyü qazanan Elşad Əhmədovun yetirmələri ilk yarıda vurulan qolla 3 xal əldə edib. Bu qələbə "Sabah"ın 3-cü pilləyə yüksəlməsi üçün yetərli olub.

Tura autsayderlərin görüşü ilə yekun vurulub. Bu matçadək qələbəsi olmayan "Keşlə" ilk uğuruna "Zirə"ylə oyunda qazanıb. 2-ci dəqiqədə vurulan avtoqol meydan sahiblərinin sonuncu pilləni tərk etməsi ilə nəticələnib. "Zirə" isə 8-ci yerə yuvarlanıb.

Qeyd edək ki, dünən start götürən turun ilk günündə "Qəbələ" "Neftçi"ni 3:1, "Qarabağ" "Səbail"i 1:0 hesabı ilə məğlub edib. Lakin adı protokolda olmayan futbolçunun xidmətindən yararlanan Ağdam klubuna texniki məğlubiyyət veriləcək.

Topaz Premyer Liqası
VIII tur
21 oktyabr (bazar)

"Sumqayıt" – "Sabah" - 0:1
Qol: Miloş Bosançiç, 36
Qırmızı vərəqə: Vurğun Hüseynov, 15
"Dalğa Arena". Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Səbuhi Bayramov
"Sumqayıt": 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 17. Nicat Qurbanov, 21. Arif Daşdəmirov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 8. Orxan Əliyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Süleyman Əhmədov, 22. Əfran İsmayılov, 44. Qvanzav Maqomedov, 70. ülvi İsgəndərov, 77. Murad Xaçayev, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Nazim Süleymanov
"Sabah": 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 19. Məqsəd İsayev, 25. Vanderson Silva, 13. Filip İvanoviç, 15. Erik Ramos, 22. Miloş Bosançiç, 9. Marko Deviç, 10. Cavid İmamverdiyev (k), 21. Novruz Məmmədov, 11. Elgün Nəbiyev
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 33. Eltun Turabov, 2. ülvi İbazadə, 88. Elçin Əsədov, 27. Bəxtiyar Soltanov, 4. Tərzin Cahangirov, 6. Vadim Abdullayev, 14. Tural Qürbətov, 7. Vitali Kvaşuk
Baş məşqçi: Elşad Əhmədov


"Keşlə" – "Zirə" – 1:0

Qol: Adil Nağıyev, 2-öz qapısına
"ASK Arena". Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Kamal Umudlu
"Keşlə": 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 9. Amil Yunanov, 17. Samir Məsimov, 19. Azər Salahlı, 22. Nikola Mitroviç, 31. Georgios Georgiadis, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 80. Diallo Quydileye
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 2. Sərtan Taşqın, 7. Vaqif Cavadov, 10. Ruslan Nəsirli, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 18. Ruslan Əmircanov, 21. Herve Tçami, 23. Conatan Ayite, 71. Emin Quliyev, 93. Edvinas Girdvainis
Baş məşqçi: Mladen Milinkoviç
"Zirə": 1. Anar Nəzirov (k), 3. Budaq Nəsirov, 5. Adil Nağıyev, 8. Kamal Mirzəyev, 10. Sadio Tounkara, 11. Dilan Duventru, 17. Vüsal İsgəndərli, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 77. Mirsahib Abbasov, 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Müşviq İlyasov, 7. Pərdis Fərcad-Azad, 9. Aleksandr Dedov, 16. İbrahim Aslanlı, 47. Əmrah Bayramov, 91. Bilal Həmdi
Baş məşqçi: Samir Abasov

N:

Komandalar

O

Q

H

M

T/F

X

1

Neftçi

8

6

1

1

16-6

19

2

Qarabağ

7

6

1

0

14-4

19

3

Sabah

8

4

1

3

6-8

13

4

Səbail

8

3

1

4

7-11

10

5

Sumqayıt

8

3

1

4

8-9

10

6

Qəbələ

8

2

2

4

10-11

8

7

Keşlə

7

1

2

4

6-10

5

8

Zirə

8

1

1

6

6-14

4

Bombardir: Marko Deviç ("Sabah") – 5.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest