Yaşıl meydanlarda daha bir ölüm hadisəsi baş verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Burundi yığmasının yarımmüdafiəçisi Fati Papi stadionda vəfat edib.

Cənubi Afrikada çıxış edən 29 yaşlı futbolçu son oyun zamanı gözlənilmədən yerə sərilip və hərəkətsiz vəziyyətdə qalıb. Papi dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Futbolçunun infarktdan dünyasını dəyişdiyi açıqlanıb.

Qeyd edək ki, Fati Papi karyerası ərzində Avropada "Trabzonspor" və "Mastrixt" klublarının da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest