"Qəbələ" Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Gənclər Liqasının çempionu olan U-19 "Keşlə"ni 4:1 hesabı ilə yenib.

27 oyun keçirən komandanın hesabında 72 xal var. U-17 öz meydanında "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib. 21 görüşdə 46 xal toplayan "qırmızı-qaralar" 3-cü pillədə qərarlaşıb. U-15 evdə "Keşlə"ni qəbul edib. 4:1 hesablı qələbə qazanan "Qəbələ" 25 matçdan sonra 66 xalla ikinci yerdədi.

"Qəbələ"nin iki komandası AFFA-nın təşkil etdiyi liqaların 1/2 final mərhələsində qüvvəsini sınayıb. U-14 "Binə" ilə görüşüb. Evdə 2:1 hesabı ilə qalib gələn komanda səfərdə məğlub olub – 0:1. "Qırmızı-qaralar" 3-cü yer uğrunda görüşdə "Qarabağ"la üz-üzə gələcək. U-12 isə "Neftçi" səddini adlaya bilməyib – 1:1, 1:2. Komanda üçüncülük üçün UGİŞM-2 (Sumqayıt) ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest