Milli komandamızın üzvü klubun rəsmi saytına açıqlamasında Topaz Premyer Liqasının XXVI turu çərçivəsində "Qəbələ" ilə keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

"Hər oyuna ciddi hazırlaşırıq". Matc.az saytı xəbər verir ki, bunu "Səbail"in kapitanı Rahid Əmirquliyev deyib.

Milli komandamızın üzvü klubun rəsmi saytına açıqlamasında Topaz Premyer Liqasının XXVI turu çərçivəsində "Qəbələ" ilə keçiriləcək oyunla bağlı fikirlərini bildirib. 30 yaşlı yarımmüdafiəçi qarşıdakı görüşü bürünc medal yolunda böyük şans hesab edir: "Bu matçın xüsusi əhəmiyyətə malik olduğunu qəbul edirəm. Əgər 3 xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq. Biz yalnız qələbə qazanmaq fikirindəyik".

Qeyd edək ki, aprelin 27-də keçiriləcək "Səbail" - "Qəbələ" oyunu 17:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest