04 İyun 2024, 17:45
FUTBOL
Dünyanın ən yaxşı baş məşqçilərinin reytinq siyahısı açıqlanıb. Matc.az xəbər verir ki, siyahı tərtib olunarkən 2023/24 mövsümünün yekunları nəzərə alınıb.
500 mütəxəssisin yer aldığı siyahıya Azərbaycanın cəmi 1 məşqçisi düşə bilib. "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov reytinq cədvəlində irəliləyə bilib. Belə ki, dünyada 135-ci olan 52 yaşlı mütəxəssis ötən ayla müqayisədə 1 pillə irəliləyib.
Qeyd edək ki, siyahıya "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola rəhbərlik edir.