“Zirə” Fuad Bayramovun icarə müqaviləsindəki bənddən faydalanıb.

2023/24 mövsümünü icarə əsasında “Zirə” keçirən Fuad Bayramovun komandadakı aqibətinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, “qartallar” müdafiəçinin transfer hüququnu “Şamaxı"dan alıblar.

Bu barədə qəsəbə klubunun mətbuat xidməti məlumat yayıb.

“Zirə” icarə sözləşməsindəki bənddən faydalanmaq qərarına gəlib. Nəticədə Premyer Liqanın gümüş medalçısı və ölkə kubokunun finalçısı 25 yaşlı futbolçunu birdəfəlik heyətinə qatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest