04 İyun 2024, 12:10
FUTBOL
Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünü 7-ci pillədə tamamlayan “Səbail” növbəti sezon üçün transfer çalışmalarına başlayıb. Matc.az xəbər verir ki, Bakı təmsilçisi artıq ilk transferini həyata keçirib.
“Dənizçilər” ötən mövsümü “Turan Tovuz”da keçirən Fərid Nəbiyevlə anlaşıblar. 24 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanıb.
Fərid karyerası ərzində “Slavia Praqa” (Çexiya), “Şevardeni” (Gürcüstan), “Viktoriya Jijkov” (Çexiya) və “Kəpəz” klublarında da oynayıb.
Qeyd edək ki, “Səbail”də Fəridin qardaşı Yusif Nəbiyev də çıxış edir.