2023/24 mövsümünü ikinci pillədə başa çatdıran “Zirə” heyətlə bağlı islahatlara başlayıb. Matc.az xəbər verir ki, qəsəbə təmsilçisi artıq bir futbolçu ilə yolları ayırıb.

“Qartallar” Vladislav Kulaçla əməkdaşlığa son veriblər. Məlumatı paytaxt klubunun mətbuat xidməti yayıb.

Ukraynalı futbolçunun “Zirə” ilə müqaviləsinin müddəti başa çatıb və onunla yeni sözləşmənin imzalanması lazım bilinməyib.

Qeyd edək ki, Kulaç 2023-cü ildən "Zirə"nin formasını geyinirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest