04 İyun 2024, 10:36
FUTBOL
“Real”a keçən Kilian Mbappenin Madrid klubunda neçə nömrəli formanı geyinəcəyi bəlli olub. Matc.az xəbər verir ki, fransalı futbolçu “kral klubu”nda 9 nömrəli formada oynayacaq.
Mbappenin 10 nömrəli formada çıxış edəcəyi gözlənilsə də, "Real"ın xorvatiyalı yarımmüdafiəçi Luka Modriçlə yeni müqavilə imzalaması buna mane olub. Kilian Lukaya hörmət etdiyi üçün rəhbərlikdən “10 nömrə”ni tələb etməyib.
Qeyd edək ki, Mbappe “Real”la 5 illik müqavilə bağlayıb.