03 İyun 2024, 21:40
FUTBOL
Futbolçu daha əvvəl sosial şəbəkələrdə 2023/2024 mövsümünün sonunda PSJ-ni tərk edəcəyini açıqlamışdı.
“Real” fransalı hücumçu Kilian Mbappe ilə rəsmi müqavilə imzaladığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat verib.
Bildirilir ki, Mbappe "Real"la 2029-cu ilə qədər müqavilə bağlayıb.
Futbolçu daha əvvəl sosial şəbəkələrdə 2023/2024 mövsümünün sonunda PSJ-ni tərk edəcəyini açıqlamışdı.
Xatırladaq ki, 25 yaşlı hücumçu 2018-ci ilin yayında “Monako”dan PSJ-yə keçmişdi. Bu müddət ərzində o, bütün turnirlərdə 306 matçda iştirak edib, 255 qol vurub və 108 məhsuldar ötürmə edib.