Qazaxlar iyunun 11-də millimizlə yoxlama oyunu keçirəcəklər. Onları komandamızla görüşə Stanislav Çerçesov çıxaracaq.

Azərbaycan milli komandası ilə adı hallanan Stanislav Çerçesov özünə yeni iş yeri tapıb. Matc.az xəbər verir ki, rusiyalı mütəxəssis Qazaxıstan yığmasının “sükanı arxası”na gətirilib.

Məlumat Qazaxıstan Futbol Federasiyası tərəfindən yayılıb. Qazaxlar iyunun 11-də millimizlə yoxlama oyunu keçirəcəklər. Onları komandamızla görüşə məhz Çerçesov çıxaracaq.

60 yaşlı çalışdırıcı ilə bağlanan sözləşmənin detalları hələ açıqlanmayıb.

Qeyd edək ki, Stanislav Çerçesovun son iş yeri "Ferençvaros" klubu olub. O, Macarıstan təmsilçisindən ötən yay ayrılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest