"Liverpul"un sabiq müdafiəçisi Stiv Nikol sevimli komandasının çempion olmaq şansının itdiyini düşünür. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 58 yaşlı mütəxəssis Premyer Liqanın XXXI turundan təxirə salınmış oyunda "Mançester Yunayted" üzərində qələbə qazanan (2:0) "Mançester Siti"nin liderliyi əldən verməyəcəyini vurğulayıb.

1981-1994-cü illərdə "Liverpul"un şərəfini qorumuş Nikol çempionluq yarışının başa çatdığını deyib: "Məncə, çempionluq mübarizəsi bitdi. "Mançester Siti"nin xal itirmə ehtimalını görmürəm. Onların büdrəyəcəyini düşünmürəm. Deməli, "Mançester Siti" qalan bütün oyunlarda qələbə qazanacaq və çempion olacaq. Hər şey bu qədər sadədi".

Qeyd edək ki, hazırda "Liverpul"dan 1 xal öndə olan "Mançester Siti" son 3 turda "Bernli", "Lester" və "Brayton"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest