03 İyun 2024, 20:08
FUTBOL
Yığmamız ilk matçında Belçikaya 3:0 hesabı ilə qalib gəlib. İkinci görüşündə isə İtaliyanı 2:1 hesabı ilə məğlub edib.
Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununu keçirib.
Matc.az xəbər verir ki, komandamız qrupdakı ikinci görüşündə İtaliya ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada millimiz 2:1 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra komandamız pley-offa vəsiqəni təmin edib.
Qeyd edək ki, yığmamız ilk matçında Belçikaya 3:0 hesabı ilə qalib gəlib. Qrupun digər görüşündə isə İtaliya Fransaya 1:3 uduzub.
Xatırladaq ki, millimiz sabah Fransa ilə qarşılaşacaq.