02 İyun 2024, 12:46
FUTBOL
“Atalanta”nın 26 yaşlı yarımmüdafiəçisi Toen Kopmeyners karyerasını İtaliyanın “Yuventus” klubunda davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “Tuttosport” nəşri yayıb.
Bildirilir ki, hollandiyalı futbolçu Turin klubu ilə 5 illik müqaviləyə razılaşıb. Futbolçunun maaşı hər mövsüm üçün 4,5 milyon avro olacaq.
Qeyd edək ki, 26 yaşlı Kopmeyners “Atalanta”da 2021-ci ilin avqustundan çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 50 oyun keçirib, 15 qol vurub və 7 məhsuldar ötürmə edib.
Xatırladaq ki, futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 40 milyon avrodur.