02 İyun 2024, 12:31
FUTBOL
“Real”ın hücumameyilli yarımmüdafiəçisi Jude Bellinqhem Dortmund "Borussiya"sı ilə Çempionlar Liqası finalından (0:2) sonra “Fənərbaxça”ya rəhbərlik edəcək məşhur portuqaliyalı baş məşqçi Joze Mourinyodan anası ilə şəkil çəkdirməsini istəyib.
Matc.az xəbər verir ki, Bellinqhemin bu istəyinə portuqaliyalı mütəxəssisin cavabı Türkiyə mətbuatında gündəm olub.
Belə ki, Mourinyo Bellinqhemin istəyini yerinə yetirdikdən sonra gülümsəyərək ulduz futbolçuya “İndi sən “Fənərbaxçaya keçirsən” sözlərini deyib.