02 İyun 2024, 11:38
FUTBOL
Bu mövsüm icarə əsasında “Xetafe”də çıxış edən “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud karyerasını “Yuvenuts”da davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “La Gazzetta dello Sport” nəşri yayıb.
Bildirilir ki, 22 yaşlı ingilis futbolçu bu yay İtaliya klubunun hücumunu gücləndirmək üçün əsas variantlardan biridir.
Uğurlu mövsüm keçirdən futbolçunun “Atletiko” (Madrid) və “Borussiya” (Dortmund) klublarının da maraq dairəsində olduğu bildirilir.
Qeyd edək ki, cari mövsüm Qrinvud bütün yarışlarda 36 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.