“Fənərbaxça” portuqaliyalı mütəxəssis Joze Mourinyonun komandanın yeni baş məşqçisi təyin olunacağı ilə bağlı anons verib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisi Mourinyonun 02 iyun 2024, saat 19:00 tarixli şəklinin paylaşıb. Bu, Bakı vaxtı ilə 20:00-a təsadüf edir.

Xatırladaq ki, hazırda portuqaliyalı mütəxəssis rəsmi olaraq işsizdir. Onun son iş yeri 2021-ci ildən 2024-cü ilin yanvarına kimi rəhbərlik etdiyi İtaliyanın “Roma” klubu olub.

Qeyd edək ki, “Fənərbaxça” Türkiyə çempionatının 2023/2024 mövsümünü 98 xalla ikinci yerdə başa vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest