02 İyun 2024, 09:50
FUTBOL
Bu gün Azərbaycan Kubokunda 2023/2024 mövsümünün final qarşılaşması keçiriləcək.
Matc.az xəbər verir ki, saat 20:00-da "Liv Bona Dea Arena"da baş tutacaq finala gələcək azarkeşlərə 2 saat əvvəldən stadiona gəlmələri tövsiyə olunur.
Qapılardan giriş aşağıdakı kimi olacaq:
GİRİŞ 1 - Sektor 4, 5, 6, 7, 8, 9, MEDİA.
GİRİŞ 2- Sektor 1, 2, 3, 10, VIP LOUNGE.
Qeyd edək ki, qarşılaşmadan öncə saat 19:00-da xalq artisti Aygün Kazımovanın iştirakı ilə konsert proqramı təşkil ediləcək.