Joze Mourinyo Türkiyənin “Fənərbaxça” klubuna mümkün təyinatıyla bağlı yayılan xəbərlərə münasibət bildirib. Hələ heç bir qərar verilməyib, amma bəli, “Fənərbaxça”ya rəhbərlik etmək istəyirəm.
Portuqaliyalı baş məşqçi Joze Mourinyo Türkiyənin “Fənərbaxça” klubuna mümkün təyinatıyla bağlı yayılan xəbərlərə münasibət bildirib.
Matc.az xəbər verir ki, bu barətə məlumatı “A Spor” “X” sosial şəbəkəsində paylaşıb.
“Hələ heç bir qərar verilməyib, amma bəli, “Fənərbaxça”ya rəhbərlik etmək istəyirəm. Çempionlar Liqasına vəsiqə qazanmaq asan olmayacaq, çünki qarşıda üç turumuz var. “Fənərbaxça”nın 8 futbolçusu AVRO-2024-də iştirak edəcək və çempionat başlamazdan əvvəl mövsümöncəsi təlim-məşq toplanışına qatıla bilməyəcək. Çətin olacaq, amma bildiyiniz kimi, mən çətinlikləri sevirəm”.
Xatırladaq ki, hazırda portuqaliyalı mütəxəssis rəsmi olaraq işsizdir. Onun son iş yeri 2021-ci ildən 2024-cü ilin yanvarına kimi rəhbərlik etdiyi İtaliyanın “Roma” klubu olub.