Satışa çıxarılan futbolçular arasında hücumçu Rişarlison, yarımmüdafiəçilər Pyer-Emil Heybyerq və Covani Lo Selso, cinah yarımmüdafiəçisi Brayan Hil və müdafiəçi Emerson Royal da var.
“Tottenhem”in baş məşqçisi Anqelos Postekoqlu komandada köklü dəyişikliklər həyata keçirmək niyyətindədir. Bunun nəticəsində 11 futbolçu klubu tərk edə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “The Sun” nəşri yayıb.
Bildirilir ki, satışa çıxarılan futbolçular arasında hücumçu Rişarlison, yarımmüdafiəçilər Pyer-Emil Heybyerq və Covani Lo Selso, cinah yarımmüdafiəçisi Brayan Hil və müdafiəçi Emerson Royal da var.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının cari mövsümünün yekununda Postekoqlunun komandası 66 xal toplayaraq beşinci yeri tutub. Avstraliyalı mütəxəssis ötən yaydan “Tottenhem”i çalışdırır.