Türkiyə Superliqasının son çempionu “Qalatasaray” yeni mövsüm hazırlıqlarına erkən başlayıb.

Matc.az xəbər verir ki, avqustun 20-21-də Çempionlar Liqasında ilk görüşünə çıxacaq İstanbul klubu transfer işlərini sürətləndirib.

“Sarı-qırmızılı”lar ilk olaraq yeni mövsümdə heyətində yer almayacaq futbolçuları dəqiqləşdirib. Klub ilkin olaraq 6 futbolçu ilə yollarını ayıracaq.

Ötən mövsüm komandaya faydalı olmayan Tanguy Ndombele, Karlos Viniçius, Sercio Oliveyra, Serc Aurier, Vilfried Zaha və Tete komandadan ayrılacaq ilk futbolçulardır.

Qeyd edək ki, “Qalatasaray”ın Çempionlar Liqasındakı ilk rəqibi avqustun 5-də baş tutacaq püşkatmada ilə müəyyənləşəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest